BAKI, 8 aprel. TELEQRAF

Slovakiyanın paytaxtı Bratislavada keçirilən Avropa çempionatında qadın güləşi üzrə yarışların püşkü atılıb.

Teleqraf xəbər verir ki, püşkatma nəticəsində Azərbaycanı təmsil edəcək 4 xanım pəhləvanın ilk rəqibləri müəyyənləşib.

Avropa çempionatı

55 kq
Təsnifat mərhələsi
Elnurə Məmmədova - Beatris Ferent (Rumıniya)

57 kq
1/4 final
Jalə Əliyeva - Maqdalena Qlodek (Polşa) / Qrasiela Dias (İspaniya)

59 kq
1/4 final
Alyona Kolesnik - Fatma Şaban (Bolqarıstan) / Alesiya Hetmanava (UWW - Belarus)
62 kq
1/8 final
Ruzanna Məmmədova - Luisa Nemeş (Almaniya)

Qeyd edək ki, E.Məmmədova və Kolesnik ilk görüşlərini aprelin 9-da, Əliyeva və R.Məmmədova aprelin 10-da keçirəcək.