BAKI, 6 aprel. TELEQRAF

Polşanın Poznan şəhərində keçirilən cüdo üzrə gənclər arasında Avropa Kuboku başa çatıb.

Teleqraf xəbər verir ki, ikinci yarış günündə Azərbaycan milli komandası aktivinə 1 qızıl və 2 gümüş medal yazdırıb.

+100 kq çəki dərəcəsinə tatamiyə çıxan Ramazan Əhmədov bütün rəqiblərinə qalib gələrək çempion adını qazanıb.

Süleyman Şükürov (81 kq) və Tuncay Şamil (90 kq) gümüş medala yiyələnib.

Qeyd edək ki, ilk yarış günü gənc Azərbaycan cüdoçularından Fərid Qarayev (60 kq) ilə Məhəmməd Musayev (-66 kq) qızıl, Nihad Məmişov (66 kq) və Əbil Yusubov (73 kq) isə bürünc medal əldə etmişdi.

Beləliklə, gənclərdən ibarət Azərbaycan cüdo yığması 7 medalla Avropa Kubokunu ümumi sıralamada 23 ölkə arasında ikinci pillədə tamamlayıb.