
BAKI, 16 mart. TELEQRAF
Azərbaycan taekvondoçuları Lommel şəhərində açıq Belçika turnirində mübarizəyə başlayıblar.
Teleqraf xəbər verir ki, milli komanda üzvləri ilk yarış günündə 6 medal qazanıblar.
Bəhruz Quluzadə (54 kq) qızıl, Qaşim Maqomedov (63 kq) gümüş, Xıdır Məmmədov (54 kq), Səyyad Dadaşov (58 kq), Eltac Qafarov (87 kq) və Səmərrrux Osmanova (49 kq) bürünc medallara yiyələniblər.