BAKI, 27 oktyabr. TELEQRAF
Bu gün Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə Vatikana səfər edəcək.
Bu barədə Teleqraf-a QMİ-nin mətbuat xidmətindən məlumat verilib.
Səfər çərçivəsində QMİ sədri oktyabr ayının 28-də Dinlərarası Dialoq Dikasteriyası Xristian Birliyinin Təşviqi Dikasteriyası ilə birgə Nostra Aetate sənədini təqdir etmək, eləcə də sülh və barışıq, dinlərarası dialoqun zəruri əhəmiyyətini bir daha təsdiqləmək üçün nəzərdə tutulmuş silsilə tədbirlərdə iştirak edəcək.
Eyni zamanda Allahşükür Paşazadənin Roma Papası XIV Leo, Vatikan rəsmiləri, müxtəlif dini konfessiyaların tanınmış din xadimləri, o cümlədən, müsəlman dünyasının tanınmış dini liderləri ilə görüşləri nəzərdə tutulur.