BAKI, 27 may. TELEQRAF
Konfransda yekun sənədin qəbulu islamofobiya ilə mübarizədə mühüm rol oynayacaq.
Teleqraf xəbər verir ki, bunu Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin (BMTM) icraçı direktoru Rəvan Həsənov "İslamofobiya diqqət mərkəzində: Qərəzin ifşası, stiqmaların dağıdılması” mövzusunda beynəlxalq elmi konfrans başa çatdıqdan sonra keçirilən mətbuat konfransında deyib.
"Bu gün islamofobiya ilə mübarizə mesajımızı Bakıdan dünyaya ötürdük. Ümid edirəm ki, bu mesaj dünyanın hər yerinə çatacaq. Ayrı-seçkiliyin hər növünə qarşı birlikdə mübarizə aparmağa qadirik və hamını bu mübarizədə iştiraka çağırırıq", - o bildirib.