BAKI, 27 may. TELEQRAF
"İslamofobiya ilə əlaqəli vebsayt yaranır".
Teleqraf xəbər verir ki, bunu Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin sədri Fərid Şəfiyev "İslamofobiya diqqət mərkəzində: Qərəzin ifşası, stiqmaların dağıdılması” mövzusunda beynəlxalq elmi konfrans başa çatdıqdan sonra keçirilən mətbuat konfransında deyib.
"Ölkəmiz Ermənistan - Azərbaycan münaqişəsi nəticəsində islamofobiyadan əziyyət çəkib. O baxımdan bu konfransın təşkili bizim üçün əhəmiyyətlidir. Bu konfrans artıq beynəlxalq bir platformaya çevrilib. Artıq islamofobiya ilə əlaqəli institutlaşma da yaranmaqdadır.
İslamofobiya ilə əlaqəli vebsayt yaranır. Yaxın günlərdə istifadəyə verilməsi gözlənilir", - F.Şəfiyev qeyd edib.
O həmçinin bildirib ki, islamofobiya ilə bağlı mübarizə tədbirləri davam edir və bu istiqamətdə Qəyyumlar Şurasının yaradılması nəzərdə tutulur.