BAKI, 10 sentyabr. TELEQRAF

Azərbaycanda diyetologiya və nutrisiologiya sahəsində çalışan mütəxəssislərin qeydiyyatı aparılacaq və onların fəaliyyətinə nəzarət mexanizmi təkmilləşdiriləcək.

Teleqraf xəbər verir ki, bu, Prezident İlham Əliyevin təsdiqlədiyi "Qida təhlükəsizliyinin təmin edilməsinə dair 2027−2032-ci illər üçün Dövlət Proqramı"nda öz əksini tapıb.

Proqrama əsasən, mütəxəssislərin qeydiyyatı və onların ixtisasartırma təlimlərinə cəlb olunması 2027–2032-ci illərdə AQTA, Səhiyyə Nazirliyi, Elm və Təhsil Nazirliyi və TƏBİB tərəfindən icra ediləcək.