BAKI, 10 sentyabr. TELEQRAF
Qida Təhlükəsizliyi İnformasiya Sistemində (AQTİS) nəzarət və tənzimləmə fəaliyyətinin səmərəliliyinin artırılması üçün süni intellektə əsaslanan təhlil modelləri tətbiq ediləcək.
Teleqraf xəbər verir ki, bu, Prezident İlham Əliyevin təsdiqlədiyi "Qida təhlükəsizliyinin təmin edilməsinə dair 2027−2032-ci illər üçün Dövlət Proqramı"nda öz əksini tapıb.
Proqrama əsasən, qida təhlükəsizliyi ilə bağlı risklərin proqnozlaşdırılmasına imkan verən bu modelin hazırlanması və tətbiqi 2027–2030-cu illərdə AQTA, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi və İqtisadiyyat Nazirliyi tərəfindən icra ediləcək.