BAKI, 20 iyul. TELEQRAF

Azərbaycanda əmək bazarının tələblərinə uyğun olaraq ali və orta ixtisas təhsili proqramları yenilənəcək.

Teleqraf xəbər verir ki, bu barədə Prezident İlham Əliyevin təsdiqlədiyi "Məşğulluq Strategiyasının həyata keçirilməsinə dair 2026–2030-cu illər üçün Tədbirlər Planı"nda əks olunub.

Plana əsasən öncə ali və orta ixtisas təhsili pillələri üzrə yenilənməsinə ehtiyac olan təhsil proqramları müəyyənləşdiriləcək, daha sonra əmək bazarının mövcud və perspektiv tələbləri nəzərə alınmaqla həmin proqramlar yenilənəcək.