BAKI, 30 dekabr. TELEQRAF
Azərbaycan Prezidenti İlham Əliyev “Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi sahəsində dövlət nəzarətinin həyata keçirilməsi Qaydası”na dəyişiklik edilməsi barədə Fərman imzalayıb.
Teleqraf xəbər verir ki, Fərmana əsasən, qeyd olunan Qaydalara yeni bənd əlavə olunub və bundan sonra qanunun tələbinə uyğun olaraq binaların enerji effektivliyi üzrə pasportlaşdırılması dövlət nəzarətinin əsas istiqamətlərindən biri kimi müəyyənləşdirilib.
Qərara əsasən, yeni tikilən, yenidən qurulan və əsaslı təmir olunan yaşayış və qeyri-yaşayış binalarının enerji effektivliyi üzrə pasportlaşdırılması məcburi olacaq. Lakin tarixi abidələr, yardımçı və müvəqqəti tikililər, istixanalar, anbarlar, istehsalat binaları və fərdi yaşayış evləri bu tələbdən istisna edilib.