BAKI, 30 dekabr. TELEQRAF

Prezident İlham Əliyev millət vəkili Rasim Musabəyovu təltif edib.

Teleqraf xəbər verir ki, bu barədə dövlət başçısı sərəncam imzalayıb.

Azərbaycanın ictimai-siyasi həyatında uzunmüddətli səmərəli fəaliyyətinə görə Rasim Nəsrəddin oğlu Musabəyov “Şərəf” ordeni ilə təltif edilib.