BAKI, 26 dekabr. TELEQRAF

Nazirlər Kabineti “İnformasiya təhlükəsizliyi riskləri reyestrinin aparılma Qaydası”nı təsdiq edib.

Teleqraf xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədov qərar imzalayıb.

Qərara əsasən:

Dövlət orqanları və büdcə təşkilatları 6 ay müddətində informasiya təhlükəsizliyi riskləri reyestrini formalaşdırmalıdır;

Risklər reyestri təsdiqlənmiş qaydalara uyğun şəkildə aparılacaq;

Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin internet resursunda “Təhdidlər və həllər” kataloqu yaradılacaq və mütəmadi yenilənəcək;

Dövlət qurumlarında formalaşdırılan risk reyestrlərinin qaydalara uyğunluğu qiymətləndiriləcək.