BAKI, 14 iyul. TELEQRAF

Azərbaycanda istilik qurğularının quraşdırılması qaydalarını hazırlanacaq.

Teleqraf xəbər verir ki, Prezident İlham Əliyev “İstilik təchizatı haqqında” Qanununun tətbiqi ilə əlaqədar Fərman imzalayıb.

Qeyd olunub ki, Energetika Nazirliyi aşağıdakı normativ hüquqi aktları doqquz ay müddətində təsdiq edib Prezidentə məlumat verməlidir:

- istilik qurğularının quraşdırılması qaydalarını;

- istilik qurğularının istismarında təhlükəsizlik texnikası qaydalarını;

- istilik qurğularının texniki istismar qaydalarını;

- həmin Qanundan irəli gələn digər məsələlərin həlli üçün zəruri tədbirlər görsün.