BAKI, 19 mart. TELEQRAF

İqtisadiyyat Nazirliyinin işçilərinin ştat sayı artırılıb.

Teleqraf xəbər verir ki, bu barədə Prezident İlham Əliyev fərman imzalayıb.

Dəyişikliyə əsasən, nazirliyin işçilərinin ümumi sayı 5 332-dən 5 402-yə çatdırılıb.

Həmçinin qurumun Aparat işçilərinin say isə 409-dan 459-a, Əmlak Məsələləri Dövlət Xidməti Aparatının işçilərinin say isə 260-dan 280-ə çatdırılıb.