
BAKI, 19 mart. TELEQRAF
21 yaşına çatmış vətəndaşların mülki odlu silah əldə etmək hüququ olacaq.
Teleqraf xəbər verir ki, bu, Prezident İlham Əliyevin təsdiqlədiyi "Xidməti və mülki silah haqqında" qanuna dəyişiklikdə əksini tapıb.
Bundan sonra isə, 18 yaşına çatmış Azərbaycan vətəndaşlarının odlu silah istisna olmaqla, mülki silah əldə etmək hüququ olacaq.
Həmçinin 21 yaşına çatmış vətəndaşlara isə mülki odlu silah əldə etmək hüququ verilir.