
BAKI, 19 mart. TELEQRAF
“Azərbaycan Respublikasının Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin hərbi qulluqçularının və dövlət qulluqçusu olmayan mülki işçilərinin aylıq vəzifə (tarif) maaşlarının və hərbi qulluqçularının hərbi rütbəyə görə maaşlarının məbləğləri” yeni redaksiyada təsdiqlənib.
Teleqraf xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədov qərar imzalayıb.
Qərarın icrası ilə əlaqədar tələb olunan vəsaitin ödənilməsi Maliyyə Nazirliyinə tapşırılıb.
Bu qərar 2025-ci il yanvarın 1-dən tətbiq olunub.