
Bakı, 18 mart. TELEQRAF
Mayın sonunda 2025-ci il üçün seçici siyahısı təsdiq olunmalıdır.
Teleqraf xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov qurumun bugünkü iclasında deyib.
Sədr bildirib ki, seçkilər olmadığı müddətdə də qurum lazımi addımları atır.
Onun sözlərinə görə, bu il də seçicilərin siyahısı ilə bağlı müvafiq addımlar atılacaq.
Həmçinin bildirilib ki, yaxın günlərdə prosesə start veriləcək.