BAKI, 18 mart. TELEQRAF

Bəzi dairə seçki komissiyalarının tərkibinə dəyişiklik edilib.

Teleqraf xəbər verir ki, bu barədə Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında məlumat verilib.

Belə ki, 15 saylı Yasamal birinci, 18 saylı Nərimanov-Nizami-Binəqədi, 43 saylı Sumqayıt ikinci və 79 saylı Astara dairə seçki komissiyalarının tərkibində dəyişiklik edilməsi təklif olunub.

Məsələlər səsə qoyularaq qəbul edilib.