BAKI, 17 mart. TELEQRAF

Martın 17-də Baş nazir Əli Əsədov Türkiyənin ölkəmizdəki səfiri Birol Akgünlə görüşüb.

Nazirlər Kabinetinin mətbuat xidmətindən Teleqraf-a bildirilib ki, Baş nazir Birol Akgünü Azərbaycanda diplomatik missiyasının başlaması münasibətilə təbrik edib, qarşıdakı fəaliyyətində ona uğurlar arzulayıb.

Görüşdə Azərbaycan-Türkiyə əlaqələrinin dövlət başçılarının birgə səyləri ilə müttəfiqliyin və strateji tərəfdaşlığın ən yüksək səviyyəsinə çatması məmnunluqla vurğulanıb.

İki ölkə arasında qarşılıqlı faydalı əməkdaşlığın müxtəlif sahələrdə inkişaf perspektivləri müzakirə olunub.