
BAKI. 17 mart. TELEQRAF
"Son vətəndaşımız Qərbi Azərbaycana qayıdana qədər fəaliyyətimiz davam edəcək".
Teleqraf xəbər verir ki, bunu Qərbi Azərbaycan İcmasının sədri Əziz Ələkbərli "Qərbi Azərbaycan qayıdış 100 ildə" mövzusunda keçirilən dəyirmi masa çərçivəsində jurnalistlərə açıqlamasında deyib.
İcma sədri bildirib ki, əsas məqsəd ali məktəblərin auditoriyasında qayıdış ideyasını daşımaqdır:
"Məqsəd odur ki, ideya gənclər arasında təbliğ olunsun. İdeyanın reallaşması gənclərlə bağlıdır. Biz torpaqlarımıza dinc yolla qayıtmaq istəyirik. Bunu dəfələrlə bəyan etmişik. Bizim Ermənistan rəhbərliyinə müraciətimiz dinc yolla qayıdış istəyimizi təcəssüm edir. Ermənistan rəhbərliyi çağırışlarımıza cavab vermir. Beynəlxalq təşkilatlar da konkret addımlar atmır. Son insanımız geri qayıdana qədər fəaliyyətimiz davam edəcək".