
BAKI, 14 mart. TELEQRAF
Suriyada bərpa işi ilə bağlı məsələlərdə Komitəmiz qarşısında konkret məslə qoyulmayıb.
Teleqraf xəbər verir ki, bunu XII Qlobal Bakı Forumunda jurnalistlərə açıqlamasında Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev deyib.
"Öncəki müddətdə Türkiyədə zəlzələdən sonra bilirsiniz ki, Azərbaycan dəstək göstərdi, maliyyə ayırdı və Mənzil İnşaatı Dövlət Agentliyinin xətti ilə o ərazilərdə məhəllə yenidən quruldu. Ukraynada müəyyən bərpa işləri ilə bağlı layihələr hazırlanır, hazırlanmaqdadır. Gələcəkdə zərurət olduqca təbii ki, Azərbaycan tərəfdaş ölkələrə, dost ölkələrə dəstəyini göstərməyə, təcrübəsini bölüşməyə hazırdır, - deyə A.Quliyev söyləyib.