
BAKI, 14 mart. TELEQRAF
"Azərbaycan münaqişədən sonra ərazilərə həyatın qaytarılması üçün özünəməxsus bərpa modelini ortaya qoyub".
Teleqraf xəbər verir ki, bunu XII Qlobal Bakı Forumunda jurnalistlərə açıqlamasında Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev deyib.
"Bundan istifadə edərək, dünyada və regionda ən yaxşı şəhərləri formalaşdırırıq və insanlar üçün ən yaxşı şərait yaradırıq. Ötən müddət ərzində işğaldan azad olunmuş ərazilərdə 8 şəhərin baş planı üzrə işlər yekunlaşıb", - deyə A.Quliyev söyləyib.
Komitə sədri əlavə edib ki, 90 kəndin planlaşdırılması başa çatıb: "Bu gün artıq həmin ərazilərdə ümumilikdə 30 minə yaxın insan yaşayır. O cümlədən 3 min keçmiş məcburi köçkün ailəsi və digər insanlar, tələbələr yaşayıb fəaliyyət göstərirlər".