BAKI, 14 mart. TELEQRAF

"Bu gün deputatların səsləndirdiyi bəzi fikirlərlə prinsipcə razı deyilik".

Teleqraf xəbər verir ki, bunu Baş nazir Əli Əsədov martın 14-də Milli Məclisdə Nazirlər Kabinetinin 2024-cü il üzrə fəaliyyəti barədə hesabatın müzakirəsi zamanı deputatların səsləndirdiyi fikirlərə münasibət bildirərkən deyib.

O qeyd edib ki, bəzi məsələlər isə nəzərətə götürüləcək.

Baş nazir bildirib ki, ideal heç nə yoxdur və bəzi çatışmazlıqlar ola bilər.

"İldə bir və ya iki dəfə sizinlə birlikdə bir neçə məsələni müzakirə edə bilərik. Biz kabinetdən nəyisə görməyə bilərik. Amma siz yerlərdə olursunuz, problemləri görürürsünüz. Ona görə də müzakirə əsasında problemləri həll edə bilərik. Hökumət üzvləri qaldırılan məsələləri diqqətlə izləyəcək və lazım olan bütün məsələləri mümkün qədər və büdcə səviyyəsində baxacaq. Ona bilər büdcədən kənar nəsə olsun, onu da həll etməyə çalışacağıq".