BAKI, 14 mart. TELEQRAF

"İlk dəfə əmək faəliyyətinə başlayanlar üçün sağlamlıq haqqında arayış pulsuz olsun".

Teleqraf xəbər verir ki, bunu Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev hökumətin hesabatının müzakirəsi zamanı deyib.

"Bundan başqa, müəyyən qədər sosial sığorta stajı və hesabında sığorta kapitalı olan işləməyən şəxslər vəfat etdikdə, onlara dəfn xərcləri üçün müavinət verilməsi məsələsi öz həllini tapsın",- deyə deputat təkliflə çıxış edib.