BAKI, 13 mart. TELEQRAF

"Əgər Avropa həmrəy olmasa, o zaman Ukraynadakı hadisələrin daha pisini yaşayacağıq".

Teleqraf xəbər verir ki, bu fikirləri Avropa İttifaqı Şurasının keçmiş prezidenti Şarl Mişel XII Qlobal Bakı Forumunda çıxışı zamanı bildirib.

O bildirib ki, Avropa həmrəylik nümayiş etdirməlidir:

"Düşünürük ki, münaqişənin həllində Avropa İttifaqı həlledici seçimlərin edilməsi üçün yardımçı olmalıdır. Orada olan sənaye imkanları tərəfdaşların ixtiyarına verilməlidir. Burada hər hansı geriləmə, kənara çəkilmə olmamalıdır. Birgə çıxış etməliyik. Əgər biz istəyiriksə ki, beynəlxalq hüquqa olan inamı gücləndirək, o zaman həmrəy olmalıyıq. Ümumi həll yollarını tapmalıyıq".