BAKI, 13 mart. TEEQRAF

"Bu gün bu forumun qlobal düzənə həsr olunması heç də təsadüfi deyil".

Teleqraf xəbər verir ki, bunu XII Qlobal Bakı Forumunda Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.

Onun sözlərinə görə, bu gün dünya miqyasında müzakirə olunan əsas mövzulardan biri yeni dünya düzəni və yeni dünya düzənində dövlətlərarası münasibətlərin təşəkkül tapmasıdır.

O bildirib ki, forum çərçivəsində çoxtərəfli münasibətlər, beynəlxalq təşkilatların rolu, regional rollar və regional dövlətlərin üzərinə düşən məsuliyyət kimi məsələlər də müzakirə olunacaq.

Prezidentin köməkçisi əlavə edib ki, Azərbaycan qlobal düzənlə bağlı aparılan müzakirələrdə regional prinsiplərdən, həmçinin orta güc adlandırılan yeni konsepsiyadan çıxış edərək, yeni düzənlə əlaqədar aparılan müzakirələrdə fəal rol oynayır və öz fikrini bildirir: "Xüsusilə bununla Azərbaycanın Cənubi Qafqaz regionunda böyük reallıqların yaradılmasında öz mövqeyini ortaya qoyub".