.jpg)
BAKI, 13 mart. TELEQRAF
"Qlobal Bakı Forumu müasir dünyanın qarşılaşdığı mühüm geosiyasi çağırışların müzakirəsi üçün unikal platformadır. Bugünkü beynəlxalq münasibətlər sistemi böyük dəyişikliklər dövrünü yaşayır və bu prosesin sürəti ilə miqyası getdikcə artır".
Teleqraf xəbər verir ki, bunu Gürcüstanın Baş nazirinin sabiq müavini Eka Tkeşelaşvili bildirib.
Onun sözlərinə görə, qlobal sabitliyin təmin edilməsi üçün dünya liderlərinin üzərinə ciddi məsuliyyət düşür. Çoxqütblü dünya reallığını nəzərə almadan beynəlxalq münasibətlərin effektiv idarə olunması mümkün deyil.
“Əgər bunu nəzərə almasaq, dünyamız parçalanacaq. Qlobal miqyasda davamlı inkişaf və sabitlik üçün əməkdaşlıq və tərəfdaşlıq əlaqələrinin qurulması vacibdir. Bu səbəbdən tərəfdaşlığa aparan yolda addımlar atmağa davam edəcəyik”, - deyə o vurğulayıb.