BAKI, 13 mart. TELEQRAF

"Bu gün enerji təhlükəsizliyi və iqlim dəyişikliyi ilə bağlı çağırışlarla üz-üzəyik".

Teleqraf xəbər verir ki, bunu Beynəlxalq Enerji Agentliyinin icraçı direktoru Fatih Birol XII Qlobal Bakı Forumunda çıxışı zamanı deyib.

O bildirib ki, bəzi ölkələr bundan siyasi silah kimi istifadə edirlər:

"Bu, son dəfə 3 il əvvəl Ukrayna hadisələri zamanı baş verib. Etibarlı təhcizatların olması önəmlidir. Bir çox ölkələr anladı ki, Azərbaycan etimad ediləsi ölkədir. Ümid edirəm ki, Azərbaycanın Avropaya enerji idxalı daha da artacaq".