
BAKI, 12 mart. TELEQRAF
Azərbaycan Qızıl Aypara Cəmiyyətinin (AzQAC) XXVII Baş Məclisində təşkilata yeni rəhbər seçilib.
Teleqraf xəbər verir ki, Baş Məclis nümayəndələri tərəfindən təsdiq olunmuş protokola əsasən, Novruzəli Aslanov yenidən Cəmiyyətin prezidenti vəzifəsinə seçilib.
Rövşən Əliyev və Qafar Əsgərzadə isə AzQAC-ın vitse-prezidentləri seçiliblər.
Qeyd edək ki, nəticələri Hesablama komissiyasının sədri İsa Qaraşov Baş Məclisə təqdim edib.
***
10:44
BAKI, 12 mart. TELEQRAF
Azərbaycan Qızıl Aypara Cəmiyyətinin XXVII Baş Məclisi öz işinə başlayıb.
Teleqraf xəbər verir ki, Beynəlxalq Muğam Mərkəzində gerçəkləşən iclasa 300-ə yaxın iştirakçı qatılıb.
Azərbaycan Qızıl Aypara Cəmiyyətinin prezidenti, Milli Məclisin deputatı Novruzəli Aslanov iclasın gündəliyini təqdim edib və məsələlərin müzakirəsinə başlanılıb.