BAKI, 11 mart. TELEQRAF

Dövlət büdcəsindən ayrılmış vəsait hesabına işlərin və xidmətlərin göstərilməsinə görə əlavə dəyər vergisindən azad olunan publik hüquqi şəxslərin siyahısı genişləndirilib.

Teleqraf xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev martın 11-də fərman imzalayıb.

Fəramana əssən, siyahıya Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində Dövlət Mülki Aviasiya Agentliyi də daxil edilib.