BAKI, 10 mart. TELEQRAF

Xarici ekspertlər Azərbaycanın tədbirlərində çıxış edəndən sonra onlara ermənilər tərəfindən müxtəlif hücumlar olur".

Teleqraf xəbər verir ki, bunu Milli Məclisin deputatı Fariz İsmayılzadə İctimai birliklər və dini qurumlar komitəsinin təşkilatçılığı ilə keçirilən “Qərbi Azərbaycana qayıdış prosesində QHT-lərin rolu” mövzusundakı ictimai dinləmədə deyib.

F.İsmayılzadə qeyd edib ki, bu yöndə elmi məqalələrin sayını artırmaq lazımdır:

"Biz təbliğatla elmi araşdırmalar arasında fərq qoymalıyıq. Gərək elmi məqalələrin, kitabların sayını artıraq ki, bu sektorda qələbə qazanaq. Həmçinin xarici ekspertlər Azərbaycanın tədbirlərində çıxış edəndən sonra onlara ermənilər tərəfindən müxtəlif hücumlar olur. Onlar bizim tədbirlərdə çıxış etdikdən sonra ermənilər işlədikləri universitetlərə məktublər göndərərək, həmin şəxslərin işdən çıxarılmasına nail olurlar. Səfirliklərimiz də bu yöndə aktiv işləməli, əks-məktubları göndərməlidir ki, xarici dostlarımızı itirməyək. Xarici auditoriyada qayıdışa dair simpatiya yaratmalıyıq. Necə ki, Axısqa türklərinin qayıdışına dair beynəlxalq simpatiya var, qərbi azərbaycanlılara da eyni münasibət olmalıdır".