Bakı, 10 mart. TELEQRAF

Qərbi Azərbaycan məsələsi ilə bağlı beynəlxalq təşkilatlarda tədbirlərin keçirilməsi təklif olunur.

Teleqraf xəbər verir ki, bunu Milli Məclisin deputatı Fazil Mustafa İctimai birliklər və dini qurumlar komitəsinin təşkilatçılığı ilə keçirilən “Qərbi Azərbaycana qayıdış prosesində QHT-lərin rolu” mövzusundakı ictimai dinləmədə deyib.

Deputat vurğulayıb ki, sözügedən məsələ, həmçinin beynəlxalq sənədlərdə də yer almalıdır.

"Asiya Parlament Assambleyasının yekunundan qəbul edilən Bakı Bəyannaməsində Qərbi Azərbaycana qayıdışla bağlı məsələ əksini tapıb. Ötən ilin oktyabrında Qərbi Azərbaycan İcmasının Milli Məclisə ünvanladığı müraciətə əsasən, Parlamentdə Qərbi Azərbayacana Qayıdışla bağlı təşəbbüs qrupu yaradılıb", - deyə deputat xatırladıb.