
BAKI, 7 mart. TELEQRAF
Azərbaycan Milli Məclisinin nümayəndə heyəti Brüsselə səfər çərçivəsində NATO-nun Kütləvi Qırğın Silahlarına Nəzarət Departamentinin direktoru Eyrini Lemos-Maniati ilə görüşüb.
Teleqraf xəbər verir ki, bu barədə Azərbaycanın NATO yanındakı Nümayəndəliyi sosial plotformada məlumat yayıb.
Görüşdə “Sülh naminə tərəfdaşlıq” proqramı çərçivəsində əməkdaşlığı müzakirə edilib, işğaldan azad edilmiş ərazilərində minalarla çirklənmə problemi barədə danışıqlar aparılıb.
Tərəflər Azərbaycan ilə NATO arasında humanitar minatəmizləmə sahəsində əməkdaşlığın perspektivləri ətrafında fikir mübadiləsi aparıblar.