
BAKI, 7 mart. TELEQRAF
Milli Məclisin yaz sessiyasının növbəti plenar iclasının vaxtı müəyyənləşib.
Teleqraf xəbər verir ki, bu haqda spiker Sahibə Qafarova məlumat verib.
S.Qafarova bildirib ki, parlamentin növbəti iclası martın 14-də keçiriləcək.
Qeyd olunub ki, sözügedən iclasda hökumətin hesabatı dinləniləcək.