BAKI, 7 mart. TELEQRAF

Milli Məclis Birinci Vitse-Prezident Mehriban Əliyevaya 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibəti ilə təbrik məktubu ünvanlayıb.

Teleqraf xəbər verir ki, bu barədə spiker Sahibə Qafarova bugünkü iclasın sonunda məlumat verib.

"Azərbaycan Respublikasının Birinci vitse-prezidenti insan hüquqlarının müdafiəsi, dövlət və cəmiyyət həyatında qadınların rolunun gücləndirilməsi ilə bağlı fəaliyyətə böyük töhfələr verir. İcazə verin, 8 Mart Beynəlxalq Qadınlar Günü münasibətilə çox hörmətli Mehriban xanıma Milli Məclisin adından təbrik məktubu ünvanlayaq və ona dəyərli fəaliyyətində yeni-yeni uğurlar arzulayaq", - deyə xanım sədr bildirib.