BAKI, 7 mart. TELEQRAF

“İnkişaf etməkdə olan səkkiz ölkənin İqtisadi Əməkdaşlıq Təşkilatının Nizamnaməsi” ratifikasiya edilib.

Teleqraf xəbər verir ki, məsələ Milli Məclisin bu gün keçirilən plenar iclasında müzakirə edilib.

Qanun layihəsi səsə qoyularaq birinci oxunuşda qəbul olunub.

Qeyd edək ki, Azərbaycan 2024-cü ilin 19 dekabrda Misirin paytaxtı Qahirə şəhərində İnkişaf etməkdə olan səkkiz ölkənin İqtisadi Əməkdaşlıq Təşkilatının (D-8) XI Sammiti zamanı D-8-ə tamhüquqlu doqquzuncu üzv kimi qəbul edilib.

Əlavə edək ki, təşkilatın əsas prinsipləri iqtisadi inkişaf, ticarət əməkdaşlığı, ədalətli iqtisadi sistem və beynəlxalq diplomatik əlaqələrin möhkəmləndirilməsidir.