
BAKI, 7 mart. TELEQRAF
Azərbaycanda şəhid ailələri üçün ümumilikdə 15 mindən çox mənzil tikilib.
Teleqraf xəbər verir ki, bunu Milli Məclisin deputatı Əli Məsimli bu gün keçirilən plenar iclasda Ombudsmanın illik məruzəsinin müzakirəsi zamanı deyib.
Deputat bildirib ki, bu mənzillərin 6 mindən çoxu 44 günlük Vətən müharibəsindən sonra inşa edilib.
O həmçinin vurğulayıb ki, yerdə qalan şəxslərin də qısa müddətdə mənzillə təmin edilməsində Azərbaycan dövlətinin imkanı var.