
BAKI, 5 mart. TELEQRAF
Bu gün Türkiyə ilə Azərbaycan – iki qardaş ölkə nəhəng layihələr həyata keçirir. Baklı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum, TANAP kimi neft-qaz boru kəmərləri layihələri nəinki ölkələrimiz birləşdirdi, eyni zamanda, Avrasiyanın enerji xəritəsini dəyişdirdi.
Teleqraf xəbər verir ki, bu barədə Prezident İlham Əliyev İğdır-Naxçıvan qaz kəmərinin videobağlantı formatında açılışında çıxışı zamanı deyib.
Dövlətimizin başçısı qeyd edib ki, bu gün Azərbaycanın Türkiyə ərazisindən gedən qazı bir çox ölkələrin enerji təhlükəsizliyini təmin edir.