
BAKI, 28 fevral. TELEQRAF
"Prezident İlham Əliyevin qəti mövqeyi ondan ibarətdir ki, Ermənistan Konstitusiyası dəyişməzsə, iki ölkə arasında sülh imzalanmayacaq".
Teleqraf xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Nizami Səfərov deyib.
O bildirib ki, qonşu ölkənin konstitusiyası dəyişməsi yönündə Paşinyan da bəyanatla çıxış edib:
"Ermənistan konstitusiyasının dəyişməsi yönündə Paşinyan da bəyanat verdi. O deyib ki, 2026-cı il parlament seçkilərindən sonra bu işi həyata keçirmək olar. Bundan başqa da, Minsk Qrupunun ləğvi də tələb olunur. Onların varlığına ehtiyac yoxdur".