
BAKI, 26 fevral. TELEQRAF
"Ölkəmiz 100 ildən artıqdır ki, Fransa müstəmləkəçiliyindən əziyyət çəkir"
Teleqraf xəbər verir ki, bunu Qvadelopadan olan media nümayəndəsi Quelery Selbonne azərbaycanlı jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, dəfələrlə Azərbaycana səfər edib və burada olduqca xoş qarşılanıb.
"Fransa müstəmləkəçiliyindən əziyyət çəkirik. Hazırda kommunist meyilli jurnalın redaktoruyam. Düşnürəm ki, biz siyasi və iqtisadi cəhətdən müstəqil olmalıyıq. Lakin Fransa güclüdür. Ancaq Azərbaycana səfərdən sonra məndə ümid yarandı. Bakı Təşəbbüs Qrupunun (BTQ) gördüyü işlərə görə təşəkkür edirik. Ümid edirik ki, bizim yaşadığımız çətinlikləri dünya miqyasında işıqlandırmaqda köməklik edəcəksiniz. İnanıram ki, səfərlərimiz davamlı olacaq".