BAKI, 26 fevral. TELEQRAF
“Fransa müstəmləkəçiliyində olan ərazilərdə yaşayan insanların hüquqlarının dünya ictimaiyyətinə çatdırılması üçün fransız və ingilis dillərində fəaliyyət göstərəcək veb-sayt hazırlanacaq”.
Teleqraf xəbər verir ki, bunu “CANAL10” telekanalının Qvadelupdan olan jurnalisti Zandronis Danik Milli Məclisdə Fransanın müstəmləkəçiliyindəki dənizaşırı ərazilərdən olan mətbuat nümayəndələri ilə görüşdə çıxışı zamanı deyib.
O bildirib ki, veb-saytda Azərbaycanın bu istiqamətdə göstərdiyi fəaliyyət, atdığı addımlar da geniş şəkildə işıqlandırılacaq.