
BAKI, 26 fevral. TELEQRAF
"Fransa erməni faşistlərini o zamanlar da dəstəkləmiş, bu gün də Ermənistanın revanşist qüvvələrinə həm mənəvi, həm siyasi, həm maddi, həm də hərbi dəstək verir".
Teleqraf xəbər verir ki, bunu deputat Azər Kərimli Fransa əsarətindəki müstəmləkələrin media nümayəndələri ilə Milli Məclisdə keçirilən görüş zamanı deyib.
Deputat bildirib ki, XXI əsr bəşəriyyətə, humanizm prinsiplərinə qarşı elan olunmamış müharibədir:
"Azərbaycanın Qoşulmama Hərəkatına sədrlik etdiyi dönəmdə başlatdığı fəal müqavimət prosesi “Bandunq prinsipləri”nin yenidən fəal şəkildə təbliğ olunmasına, müstəmləkəçilikdən və neokolonializmdən əziyyət çəkən xalqlarının haqq səsinin ucaldılmasına zəmin yaradıb. Prezidenti İlham Əliyev Qoşulmama Hərəkatının sədri kimi bir neçə dəfə Fransanın işğal etdiyi ölkələrdə həyata keçirdiyi insanlıq əleyhinə çoxsaylı cinayətləri, törətdiyi vəhşilikləri faktlarla sadalayıb və bu gün rəsmi Parisin ölkəmizə qarşı yürütdüyü aqressiv, beynəlxalq hüquqa zidd siyasətinin təməlində dayanan amillərdən biri də məhz Azərbaycanın fransız neokolonializmindən əziyyət çəkən xalqların haqq səsinə verdiyi dəstək və neoimperialist iddialara boyun əyməməsidir"