BAKI, 26 fevral. TELEQRAF

"Fransa saxta informasiyalardan istifadə edərək, Azərbaycana qarşı qarayaxma kampaniyası aparır".

Teleqraf xəbər verir ki, bunu Milli Məclisin deputatı Şahin İsmayılov Fransa əsarətindəki müstəmləkələrin nümayəndələri ilə görüş zamanı deyib.

O bildirib ki, bu, xüsusilə Bakıda keçirilən böyük tədbirlər zamanı daha da sürətlənir:

"Hətta öz hökumətlərinin uğursuzluqlarını da ötr-basdır etmək üçün Azərbaycan mövzusunu gündəmə gətirirlər. Dəyişməyən tək gərçək odur ki, haqlısansa, hər zaman qalib gələcəksən".