BAKI, 26 fevral. TELEQRAF

"Biz Azərbaycanla KİV sahəsində əməkdaşlığı genişləndirmək istəyirik".

Teleqraf xəbər verir ki, bunu Yeni Kaledoniyanın “Radio Djiido” və “Radio Kanaky”nin koordinatoru Andre Qaeze Milli Məclisdə bir qrup azərbaycanlı deputatla görüş zamanı deyib.

Xarici qonaq bildirib ki, onların müstəmləkə ilə mübarizə aparmağa gücləri yoxdur:

"Bu gün biz müqavimətdən danışırıq, ancaq yaxşı olardı ki, mədəniyyətdən, əlaqələrdən söhbət açaq. Ölkəmiz yetərincə güclü deyil ki, Fransa kimi dövlətlərlə mübarizə aparsın. Media mənsubları olaraq bizim işimiz həm xalqımıza, həm də sizə doğru xəbərləri çatdırmadır. Fransa ilə hazırda danışıqlar gedir ki, bəzi səlahiyyətləri bizə versinlər. Hazırda düşünürük ki, müstəqil ölkə qura bilsək, azad mətbuatı necə şaxələndirə bilərik. Biz Azərbaycanla KİV sahəsində əməkdaşlığı genişləndirmək istəyirik".