
BAKI, 26 fevral. TELEQRAF
"Fransa müstəmləkəçiliyini davam etdirir və buna qarşı çıxan Azərbaycan kimi ölkələrə təzyiq göstərir".
Teleqraf xəbər verir ki, bunu deputat Cavanşir Feyziyev Fransa əsarətindəki müstəmləkələrin media nümayəndələri ilə Milli Məclisdə keçirilən görüş zamanı deyib.
Depuatat bildirib ki, rəsmi Bakı hər zaman müstəmləkədən əziyyət çəkən ölkələrə dəstək olacaq:
"Təəssüflər ki, hələ də müstəmləkədən əziyyət çəkən ölkələr var və biz indi iqtisadi əməkdaşlığı müzakirə etmək əvəzinə bu məsələni danışırıq. Fransa kimi ölkələr müstəmləkə siyasətini davam etdirir, yerli xalqların hüquqların pozur və resurslarından istifadə edir. 200 il Rusiya müstəmləkəsində yaşamış ölkə olaraq sizin azadlıq mübarizənizi yaxşı başa düşürük. Ona görə də Prezident İlham Əliyev bütün beynəlxalq platformalarda neo-müstəmləkəçilik məsələsini diqqətə gətirir. Bakı Təşəbbüs Qrupunun (BTQ) apardığı işləri yüksək qiymətləndirirəm. Fransa müstəmləkəçiliyini davam etdirir və buna qarşı çıxan Azərbaycan kimi ölkələrə təzyiq edir. Ancaq biz öz mövqeyimizdən çəkilməyəcəyik və sizin yanınızda olacağıq. BTQ-nin yaradılmasından sonra sizin müstəmləkə məsələniz diqqətə gətirilmiş və COP29 zamanı da bu problem diqqətdə saxlamışdı. Azadlıq mübarizənizi yüksək qiymətləndiririk".