BAKI, 11 fevral. TELEQRAF

“Konstitusiya və Suverenlik İli” ilə əlaqədar Azərbaycanda adsız zirvələrə, Bakı şəhərində və digər böyük şəhərlərdə prospekt, küçə, meydan və müvafiq ərazi vahidlərinə, metro stansiyalarına yeni adlar veriləcək.

Teleqraf xəbər verir ki, bu, Prezident İlham Əliyevin Sərəncamı ilə təsdiqlənən "Azərbaycan Respublikasında 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan edilməsi ilə bağlı Tədbirıər Planı"nda əksini tapıb.

Sərəncamadan irəli gələn məsələləri Azərbaycan Respublikası Prezidentinin Administrasiyası, Nazirlər Kabineti, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Geodeziya və Kartoqrafiya Agentliyi, yerli icra hakimiyyəti orqanları, Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəlikləri, Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəliyi, Milli Məclis (tövsiyə olunur) həll etməlidir.