![](https://teleqraf.az/storage/2024/11/25/715x378/ilham_liyev.jpg)
BAKI, 11 fevral. TELEQRAF
“Azərbaycan Respublikası Konstitusiyasının 30 illiyi” yubiley medalının təsis olunacaq.
Teleqraf xəbər verir ki, bu, Prezident İlham Əliyevin Sərəncamı ilə təsdiqlənən "Azərbaycan Respublikasında 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan edilməsi ilə bağlı Tədbirlər Planı"nda əks olunub.
Azərbaycan Respublikası Prezidentinin Administrasiyası və Milli Məclisə il ərzində “Azərbaycan Respublikası Konstitusiyasının 30 illiyi” yubiley medalının təsis edilməsi tövsiyə edilib.