BAKI, 6 fevral. TELEQRAF

"Mərkəzi Seçki Komisiyasına (MSK) ünvanlanan müraciətlərə baxılmalı, bizim ünvanladığımız müraciətlər də vaxtında lazım olan yerlərə çatdırılmalıdır".

Teleqraf xəbər verir ki, bunu MSK sədri Məzahir Pənahov yanvarın 29-da ölkədə keçirilən bələdiyyə seçkilərinin nəticələri ilə əlaqədar keçirilən iclasda deyib.

O, bununla bağlı komissya üzvlərinə tapşırıq verib.

Həmçinin vurğulanıb ki, indiyə qədər 14 şikayət dairə seçki komissiyalarına geri göndərilib və demək olar ki, hər birinə baxılıb.