BAKI, 4 sentyabr. TELEQRAF
Tbilisi meri Kaxa Kaladze Gürcüstanda səfərdə olan İsrail xarici işlər nazirinin müavini Mişel Buskilla ilə görüşüb.
Teleqraf xəbər verir ki, bu barədə Tbilisi Şəhər Meriyası məlumat yayıb.
Tərəflər Gürcüstan və İsrail arasında mövcud dostluq və tərəfdaşlıq münasibətlərinin daha da dərinləşdirilməsi perspektivlərini müzakirə ediblər.
Tbilisi və Yerusəlimin xüsusi tarixi-mədəni əlaqələrə malik qardaş şəhərlər olması vurğulanıb və gələcəkdə əməkdaşlığın daha da sıxlaşacağına ümid ifadə edilib.