BAKI, 4 sentyabr. TELEQRAF
“Tramp marşrutu” layihəsi ABŞ-yə hərbi infrastrukturunu birbaşa Ermənistan-İran sərhədi yaxınlığında yerləşdirməsinə imkan verəcək”.
Teleqraf xəbər verir ki, bunu Rusiya Təhlükəsizlik Şurası katibinin müavini Aleksey Şevtsov deyib.
“Ermənistan ərazisindən keçən “Tramp marşrutu” Qərbə, amerikalılara öz qoşunlarını və ya özəl hərbi şirkətləri, kəşfiyyat infrastrukturunu birbaşa Ermənistan ərazisində və İran sərhədinin bilavasitə yaxınlığında yerləşdirməyə imkan verir”, - Şevtsov bildirib.